YUNESKO tərəfindən 2007-ci ilin Mövlanə Cəlaləddin Rumi (1207-1273) ili elan olunması ilə əlaqəlar 8 iyun 2007-ci ildə TÜSİAB-ın təşkilatçılığı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında “Mövlanə yolu” adlı konfrans keçirildi. Şərqdə Məhəmməd Peyğəmbərdən (s.ə.s.) sonra tanınmış ikinci belə bir şəxsiyyət haqqında söz sərraflarının, yaradıcı iş adamlarının maraqlı söhbəti oxuculara M.C.Rumini bir daha tanıtdırdı. "Məsnəvi"dən seçmələri türkcə çapa hazırlayan xanım Nur Artıran kitabxanaya bir çox kitablar hədiyyə etdi.