18 yanvar 2010-cu ildə 190 saylı məktəbdə 20 yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə aparan yol” adlı anım gecəsi keçirilmişdir. Məktəbin 5-6-cı sinif şagirdləri bədii kompozisiya göstərdilər. Tədbirdə müəllimlər, Ülvi Bünyatzadənin əmisiqızı iştirak etdi, xatirələrindən danışdı və məktəbin kitabxanasına onun yeni çap olunmuş kitabını bağışladı. Uşaqlar şeirlər söylədi, səhnəcik göstərdilər.

18 yanvar 2010-cu ildə Yasamal rayonundakı H.Aslanov adına 175 saylı məktəbdə 20 yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar “Qan yaddaşı” adlı anım gecəsi keçirilmişdir. Məktəbin 6-cı sinif şagirdləri bədii kompozisiya göstərmişlər. Tədbirdə müəllimlər, şəhid Nişenko A.A anası, H.Əliyev adına Ali Hərbi məktəbin polkovniki S. Mirzəyev iştirak etmişdir. Uşaqlar şeirlər söyləmiş, səhnəcik göstərmişlər. Tədbirdən sonra ziyarətgaha gedilmişdir.

Tədbirin səkilləri

Bütün xəbərlər