12 yanvar 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Nüşabə Məmmədli, Türk-Ərəb Bilim Kültür və Sənət Derneyinin sədri Məhəmməd Adilin birgə səyləri ilə “Azərbaycan və ərəb xalqları mədəni və ədəbi əlaqələrininin inkişaf etdirilməsi” mövzusunda konfransın açılışı oldu. Konfransda yazıçı qadınlardan Sevinc Nuruqızı, Gülzar İbrahimova, Nafilə xanım Abuzərli, “Mədəniyyət “ qəzetinin baş redaktoru Nigar xanım Mənsimli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul katibi Südabə xanım Həsənova və digər ziyalı qadınlar iştirak edirdi. Tədbiri giriş sözü ilə Nüşabə xanım açdı. Sonra isə konfransın proqramı üzrə çıxışlar oldu. Konfransın keçirilməsində əsas məqsəd ərəb ölkələri ilə bizim ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsi, yazıçı qadınların əsərlərinin, həmçinin azərbaycan xalq nağıllarının ərəb dilində tərcümə olunaraq yayılması və əl işlərinin nümayiş etdirilməsi idi. Məhəmməd Adil bəy kitabxanada “Azərbaycan qadınları” mövzusunda tərtib olunmuş sərgi ilə tanış oldu.

Bütün xəbərlər