5 dekabr 2009-cu ildə “Yazıçı qadınlar” təşkilatı ilə birgə kitabxananın oxu zalında yazıçı-dramaturq, ictimai siyasi xadim Hüseynbala Mirələmovla görüş keçirildi. Azərbaycan, Asiya və Afrika ölkələri Yazıçılar Birliyinin üzvü olan Hüseynbala Mirələmov Fransanın “Napoleon”, Ukraynanın “Zolotaya Fortuna” qızıl medallarına, Rusiyanın N.A.Kosigin adına, Azərbaycanın Yusif Məmmədəliyev, akademik Həsən Əliyev, Rəsul Rza mükafatlarına, “Qızıl qələm”, “Qızıl dərviş”, “Qızıl kəlmə” ədəbi təltiflərinə layiq görülmüşdür. “Yanar ürəyin işığında ” adlı tərtib olunmuş sərgidə yazıçının elmi əsərlərindən başqa, romanları, povestləri də nümayiş olunurdu. “Gəlinlik paltarı” kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açdı. O, öz çıxışında daha çox ədəbiyyatımız üçün ən vacib olan bir mövzunun – Qarabağ mövzusunun müəllifi kimi tanıdığımız Hüseynbala Mirələmovla kitabxananın keçirdiyi bir neçə görüşlər haqqında məlumat verdi. Tədbirdə Milli Məclisin deputatlarından Hadı Rəcəbli, Eldar İbrahimov, 190 saylı məktəbin ədəbiyyat müəlliməsi Qənirə Əmiraslanova, şairə Kamilə Abiyeva, Şövkət Horovlu, Ənvər Əhməd, Dünya azərbaycanlıları təşkilatının prezidenti Tofiq Əlizadə, uşaq yazıçısı, ANS Press nəşriyyat evinin, Bala dili və Elli jurnallarının baş redaktoru Gülzar İbrahimova və digər yazıçı və şairlər, kitabxananın əməkdaşları yazıçının əsəri ilə bağlı çıxışlar etdilər, yazıçıya suallar verdilər.

Tədbirin səkilləri

Bütün xəbərlər