3 dekabr – Beynəlxalq əlillər günü münasibətilə C.Cabbarlı adına ev muzeyi ilə birgə kitabxananın oxu zalında tədbir keçirildi. Tədbirdə Tətbiqi incəsənət növü olan “Təkəlduz” sənətinin ustası, “Təkəlduz” jurnalının təsisçisi, Bakı şəhəri, Yasamal rayonunun 53 saylı məktəbində dərnəyin rəhbəri və müəlliməsi əlil xanım Nəsirova Aybənizin 35 əl işi nümayiş etdirildi. Xəzər TV – nin “Xeyir körpüsü” verilişinin aparıcısı Hacı Nuran müsahibəni lentə aldı. Tədbirdə həmçinin Türkiyə səfirliyinin baş katibi, Dünya azərbaycanlıları təşkilatının prezidenti Tofiq Əlizadə, uşaq yazıçısı, ANS Press nəşriyyat evinin, Bala dili və Elli jurnallarının baş redaktoru Gülzar İbrahimova və digər muzey işçiləri iştirak edirdi. Sərgi 3 gün davam etməklə uşaqlara nümayiş olunacaq.

Tədbirin səkilləri

Bütün xəbərlər