20 noyabr 2009-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ümumdünya Uşaq Hüquqları günü, Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 20 illiyi, həmçinin 2009-cu il uşaq ili ilə əlaqədar Hüquq həftəsi çərçivəsində keçirdiyi “Baş rolda mənim hüquqlarım” adlı rəsm müsabiqəsinə yekun vuruldu. Müsabiqənin qalibi Nəsimi rayonundakı 1 saylı məktəbin VII d sinif şagirdi Atacanova Kamilla oldu. 28 saylı məktəbin I sinif şagirdi Həbibov Əlihəsən II yerə, 190 saylı məktəbin VI sinif şagirdi Əzizova Gülər III yerə, Binəqədi rayonu 267 saylı məktəbin VIII sinif şagirdi Maniyev Qəmbər isə həvəsləndirici yerə layiq görülməklə diplom və mükafat əldə etdilər.

Tədbirin səkilləri

Bütün xəbərlər