18 noyabr 2009-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ümumdünya Uşaq Hüquqları günü, Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 20 illiyi, həmçinin 2009-cu il uşaq ili ilə əlaqədar Hüquq həftəsi çərçivəsində Binəqədi rayonundakı 144 saylı məktəbin IX və X sinif şagirləri arasında (40 nəfər) “Hüquq biliciləri” adlı maariflənmə işi aparıldı, diskussiya təşkil olundu. Tədbirdə Ombudsman nümayəndələrindən hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Rəşid Rumzadə, insan hüquqları müdafiəsi şöbəsinin məhbusların hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Lalə Əzimova, Bakı baş təhsil idarəsinin əməkdaşı Fəttah müəllim, tarix və ədəbiyyat müəllimləri iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktoru Z.Dadaşova açaraq hüquq həftəsi çərçivəsində keçirələcək tədbirlərdən, “Baş rolda mənim hüquqlarım” adlı rəsm müsabiqəsindən söhbət açdı. Diskussiyada uşaqlar maraqlı suallarla çıxış etdilər. Tədbirin sonunda uşaqlar arasında komandalar şəklində interaktiv oyun keçirildi. Test tapşırıqlarını düzgün həll edən, plakatı hazırlayıb yaxşı təqdimat hazırlayan komandalar mükafatlandırıldı. Bütün uşaqlara “Göy qurşağı” jurnalı və qlobus formasında qələmyonan hədiyyə verildi.

Tədbirin səkilləri

Bütün xəbərlər