16 sentyabr tarixində kitabxananın oxu zalında “Oxumağa tələsin, dostlar” adlı Mütaliə günü keçirildi. Müxtəlif mövzulu kitab sərgiləri “Sənin maraq dünyan”, “Çox oxuyan, çox bilər”, “Nağıllar aləmində”, “Dilimiz - varlığımız”, “Ramazan – 11 ayın sultanı” və s. təşkil olundu. Kitabxana haqqında məlumat dərc olunmuş təqvimlər, “Göy qurşağı” jurnalları, ANS Press Nəşriyyat evinin dərc etdiyi “Bala dili” və “Elli” jurnalları oxuculara paylandı.

Bütün xəbərlər