2007-ci il mayın 29-31-də Azərbaycanın dilbər guşəsi olan Zaqatalada “Ekoloji mədəniyyət. Ekoloji problem... Kitabxanaların rolu” Beynəlxalq konfransda kitabxanaların ekoloji tərbiyə ilə bağlı apardıqları işlərdən danışıldı. Kitabxananın direktoru, jurnalın təsisçisi Fizurə xanım “Göy qurşağı” jurnalının təqdimatını keçirdi. Rusiyadan gələn həmkarlarımız jurnalın materialları ilə tanış oldular. Konfransın gedişatı göstərdi ki, doğrudan da ekoloji problem qlobal xarakter daşıdığından kitabxanaçılar, Siz məktəblilər bunun qarşısını almaq üçün çox böyük işlər görə bilərsiniz. Ona görə də jurnalımızın ekologiya ilə bağlı hər bir səhifəsini daha da məsuliyyətlə oxuyub, bildiklərinizi ətrafınızda olan dost tanışlarınıza bölüşün.