21 may saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası II Uşaq Kitabı Festivalının bağlanışını İRC-nın təlim zalında və Türk folklor mərkəzinin köməkliyi ilə “Milli dəyərlərimizi qoruyaq, nağılları yaşadaq : Kitabxana və oxucu” adlı əl işlərinin sərgisini keçirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açdı. Sonra isə İRC-nin direktoru Şəhla xanım Xudiyeva tədbirlə bağlı öz fikirlərini bildirdi. F.Quliyeva II Uşaq Kitabı Festivalında fəal iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev tərəfindən işçilərə verilən fəxri fərmanları təqdim etdi. Tədbirdə “Yazıçı Qadınlar” jurnalının baş redaktoru, yazıçı Nüşabə Məmmədli, Ü.Hacıbəyovun tədqiqatçısı Səadət Qarabağlı, 132 saylı məktəbin III sinif şagirdləri, Zəngilan məktəbliləri, 287 saylı Zəkalar liseyinin I sinif şagirdləri iştirak edirdi. Tədbirdə 158 saylı məktəbin VII sinif şagirdi Məmmədova Nərgizin, kitabxananın əməkdaşı Kəbirə Əmiraslanova və Zahirə Dadaşovanın nağıllarımızla bağlı əl işləri sərgiləndi. Şagirdlərin ifasında vətənə, kitaba, müəllimə aid şeirlər söyləndi. Zəngilan məktəblisi Tural “Şuşanın dağları” mahnısını ifa etdi. Festivalın kiçik hədiyyəsi və diplomlar İRC-nin direktoru Şəhla xanım Xudiyevaya, əl işlərinə görə oxucu və əməkdaşlara, 5 saylı incəsənət məktəbinin kollektivinə festivalda fəal iştirakına görə təqdim olundu. Şagirdlərə uşaq kitabları, “Göy qurşağı” jurnalının yeni sayları verildi. Media informasiya mərkəzinin nümayəndələri tədbirlə bağlı uşaqlardan müsahibə götürdülər.

Əlavə məlumat:

  • http://www.medeniyyet.az/site/?name=content&content=2072
  • http://www.1news.az/culture/20090514122346308.shtml
  • http://anspress.com/index.php?nid=114777
  • http://anspress.com/index.php?nid=115625


    Tədbirin səkilləri

    Bütün xəbərlər