18 may 2009-cu il saat 13:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası II Uşaq Kitabı Festivalı çərçivəsində SOS Uşaq Kəndinin uşaq baxçasında “Oxuyan avtobus”la Nağılların səyahəti təşkil edildi. Nağıl qəhrəmanlarından Tıq-Tıq xanım, Göyçək Fatma şəkillərlə bəzədilmiş avtobusdan düşərək uşaqların əhatəsində zala daxil oldular. Zalda 78 uşaq onları qarşıladı. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə xanım Dadaşova açaraq festivalın keçirilməsinin məqsədindən, nağıllarımızın əhəmiyyətindən danışdı. Tədbirdə uşaqların sevimli yazarlarından biri olan Gülzar nənə də iştirak edirdi. Keçirilən viktorina, sual-cavab uşaqların çox xoşuna gəldi. Viktorinada suallara düzgün cavab tapanlar hədiyyə qazandılar. Həmiçin uşaqlar öz sualları ilə Gülzar nənənin yeni nağıllarından xəbərdar oldular və çox sevdikləri şeirlərini söylədilər. Tədbirdə iştirak edən bütün iştirakçılara kitablar, jurnallar hədiyyə edildi. Gülzar xanım öz kitablarından və “Bala dili” jurnallarından uşaqlara hədiyyə etdi.


Tədbirin səkilləri

Bütün xəbərlər