16 may saat 13:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası II Uşaq Kitabı Festivalı çərçivəsində muzey günündə görkəmli ədibimiz C.Cabbarlının anadan olmasının 110 illiyi münasibətilə C.Cabbarlının ev muzeyində anım gecəsi keçirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açdı. Sonra isə ev muzeyinin direktoru Qəmər xanım tədbirlə bağlı öz fikirlərini söylədi. Tədbirdə “Yazıçı Qadınlar” jurnalının baş redaktoru, yazıçı Nüşabə Məmmədli, Ü.Hacıbəyov ev muzeyini direktoru Səadət Qarabağlı, M.S.Ordubadi adına muzeyin direktoru Lalə xanım, N.Nərimanovun ev muzeyinin direktoru Kəmalə xanım, 175 saylı məktəbin V-VI sinif şagirdləri iştirak edirdi. Şagirdlərin ifasında əbibin şeirləri, satiraları səsləndi. Festivalın kiçik hədiyyəsi C.Cabbarlı ev muzeyinin direktoru Qəmər Bağırovaya təqdim olundu. Şagirdlərə kitablar, “Göy qurşağı” jurnalları, rəngli qələmlər verildi. Spase, ANSTV kanalları tədbiri mədəniyyət xəbərlərində işıqlandırdılar.


Tədbirin səkilləri

Bütün xəbərlər