15 may saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu XXI əsr liseyində Festivalın nəşriyyat günü: “Beşik” nəşriyyatının əməkdaşları ilə dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə XXI əsr liseyinin direktoru Vəfa Məmmədova açdı, sonra isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva festivalla bağlı çıxış etdi, qonaqları təqdim etdi. Tədbirdə “Beşik” nəşriyyatından ərməğan”, “Göydən yüz alma düşdü”, “Güvəncin nağılları”, “Biri var idi, biri yox idi”, “Nağıllar aləmində”, “Unudulmuş nağıllar”adlı kitab sərgiləri təşkil olunmuşdur. Uşaqlar oxuduqları kitablar haqqında öz rəylərini söylədilər, onları maraqlandıran sullara cavablar aldılar. Dəyirmi masada uşaqların nəşriyyat işciləri ilə görüşü AzTV, Spase telekanalları tərəfindən işıqlandırıldı. Görüşdə nəşriyyatın əməkdaşlarından başqa yazıçı Nüşabə Məmmədli, Gülzar İbrahimova və b. iştirak edirdi. Tədbirin sonunda Festivalın hədiyyəsi və diplom liseyin direktoruna təqdim edildi.


Tədbirin səkilləri

Bütün xəbərlər