8 may saat 11:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Yetkinlik yaşına çatmayanların 4 saylı uşaq koloniyasında tədbir keçirildi. Tədbiri giriş sözü ilə Ana və uşaq Dövət Komitəsinin sədr müavini Səadət xanım açdı. Sonra isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə xanım tədbirlə bağlı öz fikirlərini söylədi. Tədbirdə Azərbaycan Dövlət Milli Kitabxanasının şöbə müdiri Xuraman İsmayılova, Şairə Fəridə Hacıyeva, yazıçı Nüşabə Məmmədli və b. çıxış etdi. Əməkdar artist Ulduz xanım sazda çaldığı gözəl mahnılarla uşaqları vətənpərvərliyə səslədi. Koloniyanın uşaqlarına H.Əliyevə həsr olunmuş, Qarabağ mövzusunda yazılmış kitablar və kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalları təmsil olunan sərgi təqdim edildi və oradakı kitablar koloniyanın kitabxanasına verildi. Həmçinin koloniyada uşaqların informasiyalanması məqsədilə təşkil olunan kompüter kurslarının işinin daha da səmərəli olması məqsədilə kitabxana tərəfindən 1 dəst kompüter hədiyyə edildi.


Tədbirin səkilləri

Bütün xəbərlər