5 may 2009-cu il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2009-cu il Uşaq İli ilə əlaqədar İnformasiya Resurs Mərkəzində Türk Folklor Mərkəzi ilə birlikdə tədbir keçirdi. Tədbiri giriş sözü ilə Türk Folklor mərkəzinin direktoru Rəna xanım açdı, sonra isə sözü kitabxananın direktoru F.Quliyevaya verdi. Fizurə xanım öz çıxışında uşaqları 14 may 2009-cu ildə keçiriləcək II Uşaq Kitabı Festivalına dəvət etdi. Tədbirdə uşaqların çox sevdikləri nağılları təmsil edən 200-dən çox kitabların sərgisi təşkil olunmuşdu. Qaradağ rayonu 288 saylı məktəbin, Zəngilan 4 saylı məktəbin şagirdləri şeirlər, mahnılar ifa etdilər. “Birliyə doğru” gənclər təşkilatının sədri Zərifə xanım çıxış etdi. Atatürk liseyinin rəqs qrupu, Səma rəqs qrupu öz maraqlı çıxışları ilə uşaqları sevindirdilər.


Tədbirin səkilləri

Bütün xəbərlər