29 aprel saat 14:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının təşəbbüsü ilə görkəmli ədibimiz C.Cabbarlının anadan olmasının 110 illiyi münasibətilə C.Cabbarlının ev muzeyi ilə birlikdə ədəbi-bədii gecə keçirildi. Tədbiri giriş sözü ilə 1 saylı filialın müdiri F.Quliyeva açdı. Sonra isə ev muzeyinin direktoru Qəmər xanım tədbirlə bağlı öz fikirlərini söylədi. Tədbirdə Azərbaycan Dövlət Dram Teatrının direktoru Maqbet müəllim, xalq artistlərindən Nurəddin Mehdixanlı, Rafiq Əzimov, əməkdar artist Hicran Nəsirova, filofogiya elmləri namizədi Asif Rüstəmli, filologiya elmləri doktoru Rəhim Əliyev, əməkdar incəsənət xadimi Valid Sənani, Əbilov klubunun direktoru Mirəhməd müəllim, M.S.Ordubadi adına muzeyin direktoru Lalə xanım, C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova, C.Cabbarlı adına Teatr Muzeyinin direktoru Nuridə Nurullayeva, N.Nərimanovun ev muzeyinin direktoru Kəmalə xanım, 175 saylı məktəbin V-VI sinif şagirdləri iştirak edirdi. Şagirdlərin ifasında əbibin şeirləri, satiraları səsləndi. Aktyorlarla sual cavab keçirildi. Əməkdar artist Rəşad İlyasov kanonda “Azad bir quşdum” mahnısını çaldı və ifa etdi. Spase, ANS, Lider, Az.TV, İctimai TV kanalları tədbiri mədəniyyət xəbərlərində işıqlandırdılar.


Tədbirin səkilləri

Bütün xəbərlər