14 fevral 2009-ci ildə saat 12: 00 –da F.Köçərli adına Respublika Uşaq Kitabxanası SOS Uşaq Kəndində 2009-cu il – Uşaq İlinə həsr olunmuş I Milli Uşaq Kitabı Sərgisini açdı. SOS uşaq kəndində yerləşən uşaq bağçasının böyük zalında 30 adda kitab sərgiləri - “Beşik ” nəşriyyatından uşaqlara ərməğan”, “Güvəncin nağılları”, “ Mən və mənim dünyam”, “Göydən yüz alma düşdü, Uşaqlar tez bölüşdü. Hər almanın öz dadı, Hər nağılın da adı.” “Biri var idi, biri yox idi...” , “Milli dəyərlərimizi qoruyaq”, “Muğam dünyasına səyahət”, “Gözlə bizi, Qarabağ!”, “Vətən mənə oğul desə, nə dərdim”M.Araz, “Tikdim ki, izim qala...”, “Dərədən, təpədən”, “Nənələrin boxçasından”, “Xalım, xalçam – dünyam mənim”, “Dilimiz – ruhumuz, mənəvi dünyamız”, “ A kosa, kosa gəlsənə...”, “El sənəti – elin şöhrəti”, “Tarix – keçmişdən gələcəyə”,” Musiqi – səmimiyyət məbədi”, “ Kitablarda mən hələ, baxıram şəkillərə...”, “Təbiəti sevək, qoruyaq” və s. təşkil olunmuşdu. Həmçinin “Mənim nağıl dünyam “adlı rəsm və əl işlərinin müsabiqəsi üzrə sərgilər təşkil olunmuşdu. Sərgidə iştirak edən bütün uşaqlara hədiyyələr, şirniyyat, şirələr paylandı. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva giriş sözü ilə çıxış edərək Sərgini açıq elan etdi. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Samir Abbasov, SOS Uşaq Kəndinin direktoru Əli Axundov, “Beşik” nəşriyyatının direktoru Nərgiz Cabbarlı çıxış edərək uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi, sərginin açılışı münasibətilə iştirakçıları təbrik etdilər. Sərgi Space, ANS, “Mir” kompaniyası və digər kanallar tərəfindən işıqlandırılaraq “Xəbərlər” proqramında göstərildi. SOS Uşaq Kəndinin özfaliyyət kollektivi tədbirdə maraqlı proqramla çıxış etdi. Uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Zərəngiz Qayalı, Sevinc Nuruqızı, Gülzar İbrahimova və başqaları I Milli Uşaq Kitabı sərgisində çıxış etməklə yanaşı, öz kitablarından uşaqlara hədiyyə etdilər. Az. Televiziya və Radio Yayımlarının uşaq verilişləri, Mədəniyyət, Savalan, Tumurcuq, Şəkər Villası qəzetləri və Elli, Göyərçin, Cırtdan jurnallarının əməkdaşları uşaqlardan müsahibə aldı. Kitabxanaçılar milli nağıllarımız əsasında kiçik yaşlılarla “Sandıqça”dan suallar adlı viktorina keçirdi, viktorinada suallara düzgün cavab verənlər kiçik hədiyyələrlə mükafatlandırıldı. Tədbirin sonunda “Mənim nağıl dünyam “adlı rəsm və əl işlərinin müsabiqəsi üzrə qaliblər elan olundiu. Onlar hədiyyələrlə mükafatlandırıldı. SOS Uşaq Kəndində fəaliyyət göstərən 14 evə kitabxananın xüsusi hədiyyəsi təqdim olundu, həmçinin kəndin kitabxanasına “Beşik” nəşriyyatının 60 adda 300 nüsxə uşaq kitabları hədiyyə olundu. I Milli Uşaq Kitabı Sərgisinin SOS Uşaq Kəndində açılışı orada yaşayan bütün sakinlərin sevincinə səbəb oldu.

Rəsm müsabiqəsi üzrə qaliblər:
I yer – Əliyeva Günay
II yer – Saramanov Elməddin
III yer – Feyziyev Rahim
Həvəsləndirici yer – Həsənzadə Alpay (6 yaş)


Əl işləri üzrə müsabiqənin qalibləri:
I yer – Hacızadə Kamal
II yer – Fərzəliyeva Ayşən
III yer –
Həvəsləndirici yer - Mustafayeva Nərminə

Tədbirin səkilləri

Bütün xəbərlər