19 yanvar 2009-cu ildə 3 saylı filial Binəqədi rayonundakı 143 saylı məktəbdə Milli Matəm günü ilə əlaqədar “Qanlı yanvar gecəsi”, “Ağla qərənfil, ağla” adlı kitab sərgiləri təşkil etmiş, anma mərasimi keçirmişdir. Uşaqlar 20 yanvar şəhidlərini 1 dəqiqəlik sükutla yad etməklə yanaşı onlara həsr olunmuş şeirlər söyləmiş, mahnılar oxumuşlar. Məktəbin direktoru Elmar məllim, 3 saylı filialın müdiri Səyyadi S., kütləvi işlər üzrə məktəbin əməkdaşı Təhməzova Ş. tədbirdə çıxış etməklə uşaqları tariximizi kitablardan oxumaqla daim mükəmməl öyrənməyə, vətəni sevməyə, şəhidləri unutmamağa çağırdılar.

Tədbirin səkilləri

Bütün xəbərlər