19 yanvar 2009-cu il saat 14:00-da 20 yanvar-Milli matəm günü ilə əlaqədar kitabxananın təşəbbüsü və hazırladıqları ssenari əsasında XXI əsr liseyində ədəbi-bədii kompozisiya keçirildi. Foyedə “Şəhid adı müqəddəsdir”, “Qanla yazılan tarix” adlı geniş kitab sərgiləri təşkil olundu. Ədəbi- bədii kompozisiya F.Sücəddinovun “20 yanvar” əsərinin musiqisi altında başladı. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Z.Dadaşova açdı. Sonra kütləvi işlər üzrə şöbə müdiri L.İbrahimova çıxış etdi. Divarda xalq artisit Əminə Yusifqızının səsinin müşayiəti ilə proyektor vasitəsilə sənədli xronika göstərildi. Uşaqlar şeirlər söylədilər, səhnəcik göstərdilər. Tədbirin sonunda 20 yanvar şəhidi Cavanşir Allahveridiyivin həyat yoldaşı ona həsr etdiyi şeirini söylədi, uşaqlara öz tariximizi bilməklə şəhidlərin ruhuna daim hörmət etməyi, yaxşı oxumağı, vətənpərvər olmağı tövsiyə etdi. Uşaqlar “Azad Azərbaycan” mahnısını ifa etdilər. Tədbirin sonunda uşaqların Milli matəm günü ilə əlaqədar hazırladıqları plakatlar üzrə müsabiqənin yekunlarına görə qaliblər müəyyənləşdi, kitablar və “Göy qurşağı ” uşaq jurnalı ilə mükafatlandılar.

Tədbirin səkilləri

Bütün xəbərlər