16 yanvar 2009-cu il saat 13:30-da kitabxananın 1 saylı filialı Yasamal rayonundakı 176 saylı məktəbdə 20 yanvar faciəsinə həsr olunmuş anma gecəsi keçirildi. Uşaqlar “20 yanvar- Qanlı yanvar” kitab sərgisi ilə tanış olmaqla yanaşı “Tarixə baxış” adı altında hazırladıqları plakatları da nümayiş etdirdilər. Tədbirdə 20 yanvar şəhidi Rəşid İsmayılovun qızı İradə xanım iştirak etmiş, o müdhiş gecədən danışmışdır. Sonra uşaqlar şəhidlərə həsr olunmuş şeirlər söyləmiş, mahnılar oxumuşlar. Tədbir İctimai TV-nin “Almanax” verilişində göstərilmişdir.

Tədbirin səkilləri

Bütün xəbərlər