24 dekabr 2015-ci il tarixdə Binəqədi rayonundakı Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbin I sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə “Kitabsız yaşamaq kar, kor, dilsiz yaşamaqdir ” adlı ədəbi bədii kompozisiyanı kitabxana əməkdaşlarına təqdim etdi. Tədbiri məktəbin direktoru Yəhya müəllim açaraq əlamətdar gün münasibətilə bütün kitabsevərləri, fədakar kitabxanaçıları təbrik etdi. Sonra kitabxananın əməkdaşı Almaz Əşrəfova kitabxananın 50 illik həyat yolu haqqında maraqlı məlumat verdi. Şagirdlərin hazırladıqları kompozisiyada uşaqlardan Nuriyeva Azərin- F.Köçərli haqqında, Göyüşzadə Zinyət-(Kitab şahzadəsi) nağıllar haqqında danışdı, Əsgərova Zemfira- kitabxanaçı kimi özünü təqdim edərək bütün müəllim və şagird heyətini informasiya ocağı olan kitabxanaya səslədi, mütaliənin insan həyatında böyük rol oynadığını qeyd etdi. Tədbir iştirakçıları kitabxana ilə tanışlıqdan böyük zövq aldıqlarını bildirdi. Nəlbəki rəqsi ilə tədbir sona çatdı. Uşaqlara kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər