15 dekabr 2015-ci il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər və incəsənət şöbəsi Binəqədi rayonundakı 258 saylı orta məktəbin dördüncü sinif şagirdlərinin iştirakı ilə “Yaşıl şəhərin Çippolinası ” adlı tədbir keçirdi. Tədbir italyan uşaq yazıçısı Canni Rodarinin anadan olmasının 95 illik yubileyinə həsr olunmuşdu. Əvvəlcə uşaqlar Canni Rodarinin həyat və yaradıcılığı haqqında danışdılar, sonra hazırladıqları kopmpozisiya ilə davam etdirdilər. Kompozisiyada uşaqlar C.Rodarinin “Çippolina” əsərindən səhnəciklər göstərdi, “İrəli, limonlar”, “Cənab pomidor” mahnılarını ifa etdilər, “Flamenko” rəqsini oynadılar. Kompozisiyanın sonunda bütün uşaqlar “Dostluq haqqında mahnı”nı xorla oxudular. Tədbirdə hər qrupda (4qrup) 6 nəfər olmaqla bütün uşaqlar C.Rodarinin “Çippolina” əsəri əsasında tərtib edilmiş kiçik krassvordları həll etdilər, boyamaq üçün verilmiş rəsmləri rənglədilər. Tapşırığı uğurla yerinə yetirən hər bir komandaya hədiyyə olaraq boya jurnalları verildi. Bütün tədbir iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər