18 noyabr 2015-ci il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Nağıl dünyasına səyahət” adlı tədbir keçirdi. Tədbir 134 saylı orta məktəbin üçüncü sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi. Əvvəlcə balaca qonaqlar tərəfindən maraqla qarşılanan “Astrid Lindqrenin muzeyi” adlı qısa film göstərildi. Daha sonra balacalar dörd qrupa bölündü və hər qrupa Astrid Lindqrenin "Balaca və Karlson" əsəri əsasında tərtib edilmiş kiçik krassvordlar, boyamaq üçün rəsmlər verildi. Tapşırığı uğurla yerinə yetirən hər bir komandaya hədiyyə jurnallar verildi. Tədbirin sonunda balacalar sülh, bayraq haqqında şeirlər söylədilər, tolerantlıq haqqında mahnı oxudular.


Tədbirin səkilləri
Bütün xəbərlər