16 noyabr 2015-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu 14 saylı məktəbin 4-cü sinif şagirdləri kitabxanamızın qonağı oldular. Məktəblilər kitabxananın şöbələri, oxu zalları, nağıl otağı, kitaişləmə və komplektləşdirmə, incəsənət şöbəsinin işi ilə tanış oldular. Nağıl otağında Azərbaycan xalq nağılları danışıldı və geniş müzakirələr aparıldı, uşaqlara və onların valideynlərinə nağıllarımızda olan nəsihətlər, müdrik sözlər və qədim adət-ənənələr barədə geniş məlumat verildi. Uşaqlar nağıl danışdı və özləri nağıl personajları qismində iştirak etdilər. Kitabxananın elmi işlər üzrə direktor müavini Z.Dadaşova nağıl otağı, nağıl qəhrəmanları, mövcüd olan jurnallar və disklər haqqında uşaqlara ətraflı məlumat verdi. Sonda balacalar kiçik yaş qrupu üçün nəzərdə tutulmuş oxu zalında maraqlı kitablar oxudular, planşetdə elektron nəşrləri dinlədilər, pazllarla nağıl qurdular.


Tədbirin səkilləri
Bütün xəbərlər