2 oktyabr 2015-ci il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar “Məktəb ləvazimatlarının tarixi” adlı tədbir keçirdi.
164 saylı orta məktəbin müəllim və rus bölməsi üzrə 5-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri kitabxananın Kütləvi İşlər şöbəsinin müdiri L.İbrahimova açaraq, iştirakçılara məktəb ləvazimatlarının tarixi, onun yaradıcıları barədə ətraflı məlumat verdi, Leonardo da Vinçinin “Mürəkkəb və kağız” nağılı göstərildi. Daha sonra şagirdlər yazıçı və şair Samuila Marşakın “Kitablar haqqında kitab” şeiri əsasında çəkilmiş “Qrişkanın kitabları” adlı cizgi filmini izləyərək müzakirələrdə fəal iştirak etdilər.
Sonra tədbirin “Zərif əl işləri” bölümünə start verildi. Müsabiqə xarakteri daşıyan bu bölümdə şagirdlər hər qrupda 6 iştirakçı olmaqla 3 qrupa: 1.Karandaşi, 2.Penal, 3.Lastiki qruplarına ayrıldılar. Hər qrup verilən tapşırığı zamanında və düzgün yerinə yetirdi. Qeyd edək ki, müsabiqəni İncəsənət və Kütləvi İşlər şöbəsinin əməkdaşları tərtib etmişdilər.
Sonda iştirakçılara kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi.
Beynəlxalq Müəllimlər Günü münasibətilə biz də bütün müəllimləri ürəkdən təbrik edir, bütün işlərində uğurlar arzulayırıq!


Tədbirin səkilləri
Bütün xəbərlər