F.Köçərli adınaRespublika Uşaq Kitabxanası da IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir. Tədbirdə iştirak etməkdə əsas məqsədimiz uşaq və gənclərin, sərgiyə gələn hər bir kəsin kitaba və mütaliyəyə olan marağını artırmaq, oxucularımızı kitabxana fonduna son illərdə daxil olan Azərbaycan və dünya uşaq ədəbiyyatı ilə tanış etməkdir. Sərgi zamanı müxtalif mövzuları əhatə edən kitablarla yanaşı, kitabxananın tərtib etdiyi yeni nəşrlər də nümayiş olunur. F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu sərgi-yarmarkada 800-dən çox nüsxə kitabdan ibarət ekspozisiyalarla iştirak edir. IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində F.Köçərli adına Respublika Uşaq kitabxanası “Uşaq Ədəbiyyatı Xəzinəsindən” seriyası adı altında nəşr olunmuş İlyas Tapdıq Biblioqrafiya kitabının təqdimatını keçirdi. Təqdimatda uşaqların sevimli yazıçısı professor Zahid Xəlil kitabın ön sözün müəllifi kimi ətraflı məlumat verdi. Zahid Xəlil bu kitabın elmi və metodiki tərəfdən çox dəyərli bir vəsait olduğunu vurğuladı. Qeyd edək ki, tədbirdə şair və tərcüməçi Vaqif Bəhmənli, uşaq yazıçılarından Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyatzadə, xalq rəssamı Arif Hüseynov, media nümayəndələri, kitabxana işçiləri, qonaqlar iştirak etdilər. Bütün qonaqlara söz verildikdən sonra kitabın əsas tərtibçiləri, kitabxanamızın Ölkəşünaslıq və Milli Ədəbiyyat şöbəsinin müdiri Nazilə Tahirova və Leyla Qafarovaya söz verildi. Tərtibçilər kitabın ərsəyə gəlməsi haqqında və kitabın içində olan materiallar haqqında tam məlumat verdilər. Qeyd edək ki, kitab İlyas Tapdığın anadan olmasının 80 illik yubileyi münasibətilə tərtib olunmuşdur. Təqdimatda 189-190 nömrəli orta məktəbin ikinci sinif şagirdləri şairin şeirlərini səsləndirdilər. Sərgi-Yarmarka zamanı təqdimatda iştirak edən bütün qonaqlara kitab hədiyyə olundu. Azyaşlı oxucularımız da yadımızdan çıxmadı, tədbirdə iştirak edən bütün oxucu uşaqlara Göy qurşağı jurnalı, kiçik həcmli kitablar və s. hədiyyə edildi.
Sərgi-yarmarka yerli və xarici nəşriyyatlar arasında sıx əlaqələrin qurulması, insanların kitaba marağının artması, yeni imzaların və müəlliflərin tanınması, mövcud sahədə gedən proseslərin öyrənilməsi baxımından geniş imkanlar açması məqsədilə həyata keçirilir.


Tədbirin səkilləri
Bütün xəbərlər