Avqustun 18-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında 2 aprel 2015-ci il tarixli Sərəncamına əsasən generalın xatirəsinə həsr olunmuş “Hərb tariximizin görkəmli sərkərdəsi Cəmşid Naxçıvanski” adlı kitab sərgisi təşkil olundu. Sərgidə Ş.Nəzirlinin “Azərbaycanın güllələnmiş generalları” “Azərbaycan generalları”, “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” və s. kitabları, dövrü mətbuatdan məqalələr nümayiş olunmuşdu. Filiallarda Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar “Naxçıvanskilər nəslinin sonuncu generalı” adı altında kitab sərgiləri təşkil olunmuşdur.
Məlumat biblioqrafiya şöbəsi “Hərb tariximizdən: Cəmşid Naxçıvanski -120” adlı elektron ədəbiyyatı siyahısı hazırlamış, kitabxananın saytında yerləşdirmişdir.
19 avqust 2015-ci ildə Kütləvi işlər şöbəsi “Bizim generallarımız” adlı açıq dərs hazırlamış və oxuculara təqdim etmişdir. Tədbirdə general Cəmşid Naxçıvanskinin həyatı və hərbi fəaliyyətinə həsr olunmuş “Görkəmli Azərbaycanlılar – General Cəmşid Naxçıvanski” adlı sənədli film nümayiş edilmişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər