Bakı şəhərinin Yasamal rayonunda fəaliyyət göstərən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı yay tətilinin başlaması ilə əlaqədar uşaqların mütaliəsinin inkişaf etdirilməsi məqsədilə kitabxananın qarşısında yay oxu zalı təşkil etmişdir. Filialın əməkdaşlarının verdiyi məlumata görə yay oxu zalının oxucuları domino, şahmat oynamaqla yanaşı, onlar üçün sərgilənmiş kitab və jurnalları da həvəslə mütaliə edirlər. Açıq havada təşkil olunan oxu zalı orada yaşayan bütün sakinlərin sevincinə səbəb olmuşdur.


Tədbirin səkilləri
Bütün xəbərlər