F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialı yay tətilinin başlaması və məktəblərdə dərslərin bitməsi ilə əlaqədar uşaqların kitabxanalara müraciətinin azalmasını, mütaliənin zəifləməsini nəzərə alaraq R.Aboyev adına mədəniyyət və istirahət parkında yay oxu zalı təşkil etmişdir. Filialın əməkdaşlarının verdiyi məlumata görə yay oxu zalının oxucuları gündən-günə artmaqdadır. Sevindirici hal odur ki, açıq havada təşkil olunan oxu zalı təkcə uşaqların deyil, böyüklərin də sevincinə səbəb olub.


Tədbirin səkilləri
Bütün xəbərlər