Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı yay tətilinin başlaması və məktəblərdə dərslərin bitməsi ilə əlaqədar uşaqların mütaliəsinin inkişaf etdirilməsi məqsədilə kitabxananın qarşısındakı yaşıllıqda yay oxu zalı təşkil etmişdir. Filialın əməkdaşlarının verdiyi məlumata görə yay oxu zalının oxucuları hər gün həvəslə bura gəlib mütaliə edirlər. Sevindirici hal odur ki, açıq havada təşkil olunan oxu zalı valideynlərin də sevincinə səbəb olub.


Tədbirin səkilləri
Bütün xəbərlər