F.Köçərli adına Respublika Uşaq Kitabxanası uşaqların yay tətilini nəzərə alaraq onlar üçün R.Zorge adına İstirahət parkı və Atatürk bağında yay oxu zalı təşkil edib. İyul ayının 1-dən fəaliyyətə başlayan “Yay oxu zalı” artıq çoxlu sayda oxucuya xidmət edir. Oxu zalı açıq havada fəaliyyət göstərir. Yay oxu zalının parklarda təşkil olunmasına ən çox sevinən balacalardır, çünki parklara gəzintiyə çıxan uşaqlar rəngli, əlvan şəkilli, nəfis tərtibatlı kitab və jurnalları gördükdə çox sevinirlər. Onların sevincinə yaşlı nəsil oxucularımız da qoşulur. Belə ki, kitabxanadan vaxt və imkan azlığından istifadə edə bilməyən oxucular 3 saat ərzində sevdiyi müəlliflərin əsərləri ilə tanış olur, hər gün oxuya bilirlər.
Kitabxanamızın bu addımı rəğbətlə qarşılanır. Bunu oxucularımız arasında keçirdiyimiz rəy sorğusunun nəticələri də təsdiq edir. Onu da qeyd edək ki, yay oxu zalının təşkili filiallarımızda da təşkil olunmuşdur. Bütün bunlar oxucuların gündən-günə artmasına səbəb olmuşdur. Bu layihəni artıq neçə illərdir ki, həyata keçirməkdə əsas məqsədimiz uşaqların mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, onların vətənə layiqli vətəndaş kimi yetişməsinə yaxından kömək göstərməkdir.
Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə həyata keçirilən bu tədbir sentyabr ayına qədər - yeni dərs ilinədək davam edəcək.


Tədbirin səkilləri
Bütün xəbərlər