19 may 2015-ci ildə Nəsimi rayonu Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarovun “Mütaliə mədəniyyətinin formalaşdırılması“ ilə bağlı tədbirlər barədə imzaladığı sərəncama müvaviq olaraq “Biz nə oxuyuruq” adlı tədbir keçirildi. Tədbir uşaqların sevimli yazıçısı Reyhan Yusifqızının yaradıcılığına həsr olunmuşdu. Tədbiri giriş sözü ilə məktəbin 3a sinif müəllimi Solmaz Abdullayeva açaraq gələn qonaqları salamladı. Qonaqlar arasında “Bilik fondunun direktoru Oqtay Səmədov, uşaq ədəbiyyatının tədqiqatçısı Fizuli Əsgərli, “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova və b. iştirak edirdi. “Tələtin sirri”, “İki gül”nağılı, “Hamıdan qəşəng” əsərini səhnələşdirən şagirdlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandılar. Bundan başqa Nuray “Ağ çiçəyim” mahnısını ifa etdi. Fazil və Cahandar qardaşları “Nargilə” rəqsini oynadılar. Murad isə “Mən əsgər gedirəm” mahnısını gitarada ifa edərək oxudu. Qonaqlar cıxış edərək öz ürək sözlərini bildirdilər və uşaqlara dərslərində müvəffəqiyyətlər arzuladılar.
Tədbirin sonunda məktəbin direktoru qonaqlara və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.


Tədbirin səkilləri
Bütün xəbərlər