5-8 may 2015-ci il tarixlərində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının keçirdiyi Alman Faşizmi üzərində qələbənin 70 illiyinə həsr olunmuş Rus Uşaq Ədəbiyyatı Həftəsi davam etmişdir. Həftə ərzində kitabxananın oxu zalında Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən kitabxanaya hədiyyə olunan və kitabxananın fondundan nəfis tərtibatlı, müxtəlif başlıqlar altında rus uşaq kitablarının sərgisi nümayiş olunmuşdur. Nəsimi rayonundakı 6 saylı uşaq bağçasının uşaqları, 164 saylı məktəbin V-VII sinifləri, Bakı Modern Məktəbi, Dünya Məktəbinin şagirdləri həftənin qonağı olmuşdur. Onlar sərgilərlə tanış olmuş, rus uşaq ədəbiyyatını təmsil edən kitabların video çarxlı slaydını izləmiş, hər bir iştirakçıya rus uşaq ədəbiyyatı sərgisindən kitablar, kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilmişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər