F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı 1may 2015-ci ildə 20 saylı məktəbin IIğ sinif şagirdləri ilə Alman faşizmi üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Səməd Vurğun zəfər işığında” adlı musiqili bədii gecə keçirmişdir. Tədbirin keçirilməsində məqsəd uşaqları Səməd Vurğun yaradıcılığı ilə tanış etmək, onlarda Azərbaycançılıq, vətənpərvərlik hisləri aşılamaq idi. Kitabxanamızın əməkdaşları və məktəbin IIğ sinif müəlliməsi (rus bölməsi) Nailə Salmanovanın birgə təşkilatçılığı ilə tədbir yüksək səviyyədə təqdim olundu. Tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitunun kafedra müdiri, fəlsəfə doktoru, dosent, S.Vurğun mükafatı laureatı Yusif Əli Əfşar, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, S.Vurğunun yaxın qohumu Dürdanə xanım Vəkilova, filologiya üzrə fəlsəfə doktoru, Vurğunşünas alim Azərbaycan EA işçisi, S.Vurğun mükafatı laureatı Aslan Salmansoy iştirak edirdi. Tədbir iştirakçıları kitab sərgisi ilə tanış oldular, uşaqların hazırladıqları səhnəciklərə, rəqslərə tamaşa etdilər, şeirləri dinlədilər. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.


Tədbirin səkilləri
Bütün xəbərlər