13 mart 2007-ci ildə 36 saylı məktəbin kiçik yaş qrup oxucuları ilə şair Ələmdar Quluzadənin 50 illik yubileyi ilə bağlı görüş keçirmişdir. Əlli yaşını yenicə ötmüş istedadlı şair Ələmdar Quluzadə uşaqlar üçün çox maraqlı şeirlər yazır. Son dövrdə onun “Göyərçin”, ”Günəş” jurnallarında orjinal uşaq şeirləri dərc edilib. Ə.Quluzadə uşaq xarakterini, onun daxili düşünclərini dərindən bilən şairdir. Tədbirdə uşaqlar şairlə daha da yaxından tanış olmuş, onları maraqlandıran suallarla çıxış etmişlər. Görüşün sonunda Ə.Quluzadə öz kitablarını uşaqlara hədiyyə etmişdir.