29 aprel 2015-ci ildə Təhsil naziri Mikayıl Cabbarovun şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə imzaladığı sərəncamla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə Yasamal rayonu 53 saylı tam orta məktəbdə “Kitab mənim ən yaxın dostumdur” adlı ədəbi-bədii gecə keçirdi. Tədbirdə uşaqların sevimli yazıçısı, istedadlı filoloq alim, jurnalist, respublikanın əməkdar müəllimi Zahid Xəlili, dramaturq Əli Əmirli, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Sevinc Rəsulova, Yasamal rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova, Humanitar işlər üzrə şöbə müdiri Zöhrab Cəfərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı İsmayıl Məmmədli iştirak edirdi. Tədbiri giriş sözü ilə 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova açaraq bildirdi ki, son zamanlar uşaqların mütaliəsinə xüsusi diqqət ayrılmışdır ki, bu da onların kitaba olan marağının artdığını göstərir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova öz çıxışında mütaliənin gənclərin tərbiyəsində və dünyagörüşünün inkişafında rolundan danışıb, uşaqlarda kitaba sevginin formalaşdırılmasında məktəblərlə kitabxananın birgə işindən söhbət acdı.
Bilik Fondunun direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun birbaşa missiyası olan maarifçilik fəaliyyətində mütaliənin əvəzsiz olduğunu vurğuladı və Bilik Fondunun kitabların, oxu mədəniyyətinin təbliğatı sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verdi. Ədəbi bədii gecədə şagirdlər tərəfindən el ağsaqqalı Dədə Qorqudun öyüdləri, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan C.Cabbarlı, C.Məmmədquluzadə, M.Ə.Sabirin əsərlərindən nümunələr səsləndirildi, tədbir iştirakçılarına rəngarəng musiqi nömrələri təqdim olundu. Məktəbin foyesində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının ölkəşünaslıq şöbəsinin əməkdaşları tərəfindən təşkil olunmuş kitab sərgiləri daha çox iştirakçıların diqqətinə çatdırıldı.


Tədbirin səkilləri
Bütün xəbərlər