20-25 aprel 2015-ci ildə 1 saylı filialın əməkdaşları 172 saylı məktəbdə müvəqqəti yerləşdirilən Yasamal rayonundakı 20 saylı məktəbin 3 və 4-cü siniflərində (sinif rəhbərləri Aytən və Leyla xanım) İtaliya uşaq yazıçısı Canni Rodarinin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirmişdir. Keçirilən tədbirdə Canni Rodarinin uşaqlar üçün yazdığı “Telefonla danışılan nağıllar”, “Çippolinonın macəraları”, “Celsemino yalançılar ölkəsində” kitabları oxunmuş, yazıçının yaradıcılığı ilə bağlı maraqlı faktlar söylənmiş, əsərləri müzakirə edilmişdir. Nağıl saatında “Çippolinonın macəraları” nağıl- povesti əsasında çəkilmiş cizgi filminə baxılmış, uşaqlarla viktorinalar təşkil edilmiş, fərqlənənlər F.Köçərli adına Respublika Uşaq kitabxanasının təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı ilə mükafatlandırılmışdır.


Tədbirin səkilləri
Bütün xəbərlər