2 aprel 2015-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “VII Milli Uşaq Kitabı” sərgisi təşkil olundu. Sərginin təşkil edilməsində əsas məqsəd uşaqların informasiya təlabatının ödənilməsi ilə əlaqədar onların ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, kitaba və mütaliyəyə həvəsi artırmaq, milli dəyərlərimizi yaşatmaqdır. Tədbirdə Azərbaycan uşaq yazıçılarından Q.İsabəyli, S.Nuruqızı, R.Yusifqızı, F.Əsgərli, A.Bünyadzadə və “Sehirli dünya” jurnalının redaktoru G.İbrahimova iştirak etdi.
Son dövrlərdə nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri 30 başlıq altında:
“2 aprel-Beynəlxalq Uşaq Kitabı Günü”, “Xalq yaradıcılığı paytaxtları”, “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Sirli-sehirli ilmələr”, “Azərbaycan–yurdum mənim”, “Gözlə bizi, Qarabağ”, “Kitablarda mən hələ...”, “Dərədən, təpədən”, “Tarix - keçmişdən gələcəyə”, “Zahid Xəlil”, “Sevinc Nuruqızı”, “Gülzar İbrahimova”, “ İBBY-Beynəlxalq Uşaq Kitabı Şurası”, “Sənin qəzet və jurnalların”, “Göy qurşağı”, “Milli mənəvi dəyərlərimiz”, “Novruz gəlir,yaz gəlir”, “I Bakı Avropa Oyunları Olimpiadası”, “F.Köçərli adına Respublika Uşaq Kitabxanası-50” sərgilər nümayiş edildi.
Sərgidə iştirak edən bütün məktəblilərə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.
Sərgi 2-5 aprel tarixinədək davam edəcək.


Tədbirin səkilləri
Bütün xəbərlər