16 mart 2015-ci ildə Binəqədi rayonundakı 246 saylı məktəbin V-VI sinif şagirdləri ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasına səyahət təşkil olundu. Xidmət şöbəsinin müdiri N.Könül xanım uşaqlara kitabxana haqqında geniş məlumat verdi. Kitabxananın əhəmiyyəti və rolundan danışıldı. Uşaqlar kitabxanada olan kitab sərgiləri ilə tanış oldular, “Kitab nədən qorxur? ” adlı söhbəti maraqla dinlədilər. Sonra isə Nağıl otağında, kiçik oxu zalında cizgi filminə baxdılar, səsli nağıllara qulaq asdılar, pazılların köməyi ilə şəkil düzəltdilər. İlk dəfə kitabxanaya gələn uşaqlara kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi. Böyük bir sevinc, təəssüratla uşaqlar kitabxanadan ayrıldılar.


Tədbirin səkilləri
Bütün xəbərlər