F.Köçərli adına Respublika Uşaq Kitabxanası və TİKA-nın (Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) birgə layihəsi çərçivəsində keçirilən 2-6 mart 2015-ci il Türk Uşaq Ədəbiyyatı Həftəsi başa çatmışdır. 6 mart 2015-ci il tarixində kitabxananın oxu zalında Türkiyədən kitabxanaya hədiyyə olunan uşaq kitablarının sərgisi, uşaqların türk mədəniyyətini özündə əks etdirən əl işləri sərgisi nümayiş olunmuşdur. Tədbirdə Türkiyə uşaq yazarı Səma Maraşlının kitablarına imza günü keçirilmişdir. TIKA-nın Bakı ofisinin rəhbəri Mustafa Haşim Polat, Səma Maraşlı F.Köçərli adına kitabxana ilə yaxından tanış olmuş, Nağıl otağında Azərbaycan nağıllarını əks etdirən aplikasıyalı şəkillərlə, kitablarla maraqlanmışlar. Türkiyənin TNT televiziya kanalı uşaqlardan müsahibə götürmüşdür. Həmçinin, uşaqlar oxu zalında kitab və əl işləri nümayiş olunmuş sərgilərlə tanış olmuş, Türk uşaq ədəbiyyatını təmsil edən kitabların video çarxlı slaydını izləmişlər. Tədbirdə iştirak edən hər bir uşağa Sema Maraşlı öz kitablarını (“Mırmır balığı”, “Pırpır ile hırhır”) , kitabxanaçılara isə “Məhəbbətə doğru 40 addım” kitabını imzalayaraq hədiyyə etmişdir. Tədbir iştirakçılarına - Nəsimi rayonundakı 164 saylı məktəbin , Bakı Modern məktəbin şagirdlərinə tədbirin emblemi həkk olunmuş döş nişanı və türk uşaq ədəbiyyatı sərgisindən kitablar, kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilmişdir. Tədbirin sonunda kitabxananın direktor müavini tərəfindən Səma xanıma F.Köçərlinin “Balalara hədiyyə”, müxtəlif Azərbaycan nağılları hədiyyə olunmuşdur. Səma xanım kitablara görə və eləcə də sərgi ilə əlaqədar öz təşəkkürünü bildirmiş, uşaqlarla birlikdə xatirə şəkilləri çəkilmişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər