F.Köçərli adına Respublika Uşaq Kitabxanası və TİKA-nın(Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) birgə layihəsi çərçivəsində 2-6 mart 2015-ci il Türk Uşaq Ədəbiyyatı Həftəsi davam etmişdir. Həftə ərzində, yəni 3mart tarixində kitabxananın oxu zalında Türkiyədən kitabxanaya hədiyyə olunan uşaq kitablarının sərgisi, uşaqların türk mədəniyyətini özündə əks etdirən əl işləri sərgisi nümayiş olunmuşdur. Nəsimi rayonundakı 6 saylı uşaq bağçasının uşaqları, Binəqədi rayonundakı 144 saylı məktəbin VI sinif şagirdləri, Nəsimi rayonundakı 164, 46 saylı məktəbin V-VII sinifləri, Nəsimi rayonu 46 saylı Uşaq Yaradıcılıq Dərnəyinin üzvləri, kitabxananın oxucuları həftənin qonağı olmuşdur. Onlar sərgilərlə tanış olmuş, Türk uşaq ədəbiyyatını təmsil edən kitabların video çarxlı slaydını izləmiş, hər bir iştirakçıya tədbirin emblemi həkk olunmuş döş nişanı və türk uşaq ədəbiyyatı sərgisindən kitablar, kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilmişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər