27 fevral 2015-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsi Ə.Haqverdiyevin 145 illik yubileyi ilə əlaqədar Nəsimi rayonundakı 164 saylı orta məktəbin 7-ci sinif şagirdləri ilə hekayə axşamı keçirdi. Tədbirdə Ə.Haqverdiyevin kitablarından ibarət “İdeallarına sadiq qalan yazıçı” başlığı altında kitab sərgisi təşkil olunmuşdu. “Ac həriflər” dramı əsasında qoyulan tamaşadan dərviş personajı və “Papaq”, “Mirzə Səfər”, “Bomba” hekayələri əsasında kiçik səhnəciklər təqdim olundu. Tədbir iştirakçıları video çarxlı slayda tamaşa etdilər. “Evlənmək istəyirəm” Azərbaycan kinosunun fraqmenti baxışdan sonra tədbri iştirakçıları ilə müzakirə edildi. Bütün tədbir iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər