25 fevral 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı Yasamal rayonunda yerləşən 175 saylı məktəbdə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar "Tarixihn qara səhifələlri” adlı tədbir keçirdi. Tədbir iştirakçıları məktəbin foyesində təşkil olunmuş "Xocalı soyqırımı" adlı foto stend və kitab sərgisi ilə tanış oldular. Tədbirdə məktəbin VIII və IX sinif şagirdləri iştirak etməklə ədəbi bədii kompozisiya göstərdilər. Vətənpərvərlik tərbiyəsinin təbliği mövzusunda məktəbin müəllimələri Nigar Farizova, Şəhla Babayevanın köməkliyi ilə təqdim olunan kompozisiya yüksək səviyyədə təqdim olundu.


Tədbirin səkilləri
Bütün xəbərlər