F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ş.Qəmbərova açaraq soyqırımla bağlı məlumat vermiş, 1 dəqiqəlik sükutla soyqırım qurbanları yad edilmişdir. Tədbir iştirakçıları Xocalı soyqırımı haqqında sənədli filmi izləmiş, kitab sərgisi ilə tanış olmuşlar. Sonra xidmət şöbəsinin əməkdaşı Kəmalə Rəhimova Səriyyə Müslümqızının “Xocalıdan gələn var”, Zahirə Dadaşova isə “Onlar heç vaxt böyüməyəcəklər” kitablarının icmalını keçirmişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər