12 fevral 2015-ci il tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin müdiri Niftiyeva Könül xanımın təşəbbüsü ilə N.Nərlimanov rayonundakı Gültəkin Əsgərova adına 43 saylı tam orta məktəb təhsil lisey kompleksinin kiçik yaşlıları “Kitabxanaya səyahət” etdilər. Məktəbin birinci sinif şagirdləri və müəllimlərinə kitabxana və kitabxananın işi haqqında geniş məlumat verildi. Onlar kitabxanaya kitabların daxil olması, işlənməsi, elektronlaşması mərhələlərindən tutmuş, oxucuya necə verildiyini öyrəndəliər. Uşaqlar daha çox Nağıl otağında olmağı, orada əylənərək mütaliə etməyi xoşladılar. Tədbirdə uşaqlar tərəfindən verilən sualları kitabxanaçılar çox böyük maraq və həvəslə cavablandırdı. İştirakçılar kitab haqqında hazırlanmış animasiyalı video çarxlı slaydı izlədi. Səyahətin sonunda onlar “Kitabxanaçı necə olmalıdır?” adlı rəy sorğusunda iştirak etdilər, xatirə şəkilləri çəkildi və uşaqlar kitablarla hər zaman dost olacaqlarına söz verdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər