28 yanvar 2015-ci il tarixində F.Köçərli adına Respublika Uşaq kitabxanasının kiçik oxu zalında görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərlinin anadan olması münasibəti ilə yazıçı Teyyub Qurbanla görüş keçirildi. Tədbirdə Nəsimi rayon 164 və 28 saylı orta məktəbin ibtidai sinif şagirdləri iştirak edirdi. Yazıçı Teyyub Qurban Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqda uşaqlara geniş məlumat verdi. Uşaqlar “Balalara hədiyyə” adlı kitabda olan nağıl, tapmaca və şeirlərlə tanış oldular. Sonra yazıçı Teyyub Qurban öz yeni kitabını - “Elə oyna ki...” uşaqlara hədiyyə etdi.
24 yanvar 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə xanım Dadaşova Az.TV və Radiosunun “Gəl səhərim” verilişi dinləyicilərinə görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli haqqında çox maraqlı məlumatlar vermişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər