18 Yanvar 2015-ci ildə F. Köçərli adına Respublika Uşaq kitabxanasının 1 saylı filialı 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar “20 Yanvar – Qanlı Yanvar” adlı anım gecəsi keçirdi. Onlar tədbiri Şəhidlər Xiyabanındakı ziyarətgahda keçirdilər. Şəhidlərin qəbri üzərinə qərənfillər düzüldü. Tədbirdə Yasamal rayonu 176 nömrəli tam orta məktəbin IV sinif şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Fərqanə Quliyeva açaraq bir dəqiqəlik sükut elan etdi və 20 Yanvar faciəsi haqqında məlumat verdi. Tədbirdə Şəhidlərin əbədi xatirəsinə həsr olunmuş şeirlər, mahnılar ifa etdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər