16 yanvar 2015-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kiçik oxu zalında 20 Yanvar- Milli Matəm gününə həsr olunmuş “Şəhidlik –ölməzlik zirvəsidir” adlı səhərcik keçirildi. Tədbirdə Nəsimi rayon 28 və 164 saylı məktəblərin ibtidai sinif şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı İlahə Abdullayeva açaraq 20 yanvar faciəsi haqqında məlumat verdi. Sonra şagirdlər şəhidlərə həsr olunmuş şeir və səhnəciklər göstərdilər. Tədbir “İlahi amin” mahnısı ilə başa çatdi. Tədbir iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər