25 dekabr 2014-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Altun Kitab Nəşriyyatı ilə birgə Nizami rayonu 328 saylı məktəbdə oxucularla yazıçı Reyhan Yusifqızının görüşünü keçirdi. Tədbirdə “İntellektual səviyyəmizi yüksəldək” adı altında yazıçının kitablarının sərgisi nümayiş olundu, elmi fantastik seriyadan "Yaşıl gözlü qız"ın davamı olan “Zamanın əsirləri” kitabının təqdimatı keçirildi. Görüşdə uşaqlar yazıçının “Xoşbəxt arı”, “Göylərdən gələn səs” hekayələri üzrə səhnəcik göstərdilər. Tədbir iştirakçıları Reyhan Yusifqızı yaradıcılığına həsr olunmuş maraqlı video çarxlı slaydlara tamaşa etdilər, kitablarla bağlı diskussiyada iştirak etdilər.Tədbirin sonunda balaca iştirakçılara “Xoşbəxt arı” kitabı və kiçik hədiyyələr verildi.


Tədbirin səkilləri
Bütün xəbərlər