Köçərli adına Respublika Uşaq Kitabxanasının biblioqrafiya və incəsənət şöbəsi 19 dekabr 2014-cü ildə kitabxana əməkdaşları arasında yubilyar şairlər, rəssamlar mövzusunda kitabların sərgisi, icmalı və sevimli müğənni, cazmen, aktyor Cavan Zeynallıya həsr olunmuş “Musiqi və Poeziya saatı” adlı tədbir keçirdi. Tədbiri keçirməkdə əsas məqsəd kitabxana əməkdaşlarını ölkə Prezidentinin sərəncamı ilə yubileyi dövlət səviyyəsində qeyd olunan yazıçılarımız, eləcə də rəssamlarımız haqqında son illərdə nəşr olunmuş kitablar, dövrü mətbuat yazıları ilə tanış etmək idi. İcmal ərəfəsində musiqiyə də yer verildi. İcmalda yubilyarlara həsr olunmuş çarxlı video slaydlar da nümayiş olundu. Sevimli müğənni Cavan Zeynallının ifasında lirik mahnılara qulaq asıldı, Baba Vəziroğlunun şeirləri dinlənildi. Tədbirdə Azərbaycanın bölgələrindən də kitabxanaçılar(24 nəfər) iştirak edirdi.
Tədbir yüksək səviyyədə keçirildi. Tədbirin sonunda müğənniyə F.Köçərlinin “Balalara hədiyyə”, Azərbaycan caz, pop, klassik muğam diskli kitabları hədiyyə edildi. Kitabxana əməkdaşları Cavan Zeynallı ilə xatirə şəkli çəkdirdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər